“Sevilya“ Avropa Liqasının qalibi oldu - VİDEO

28 May 2015 01:38 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Polşanın paytaxtı Varşava şəhərində keçirilən final matçında "Dnepr" (Ukrayna) və "Sevilya" (İspaniya) klubları üz-üzə gəlib.

Oyunda 3-2 hesabı ilə qalib gələn "Sevilya" 4-cü dəfə bu mötəbər turnirin qalibi olub.

Qeyd edək ki, komandalar yaşıl meydançaya bu heyətlə çıxmışdılar:

"Dnepr": Boyko, Duqlas, Fedetskiy, Kankava, Leo Matos, Çeberyaçko, Fedorçuk, Rotan (k), Kaliniç, Konoplyanka, Matheus.

"Sevilya": Riko, Tremoulinas, Daniel Karrisu, Kolodzeyçak, Krıxovyak, Reyes (k), Baneqa, Vitolo, Aleiks Vidal, Mbia, Bakka.

27 may
Avropa Liqası, final
23:45. "Dnepr" (Ukrayna) – "Sevilya" (İspaniya) 2:3