İŞİD-ə qoşulan polkovnikin müraciəti yayıldı

28 May 2015 13:52 (UTC+04:00)

AzNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, Xalimov bu barədə internetdə yaydığı videoyazı vasitəsilə məlumat verib.

Polkovnikin rus dilində yayılan videomüraciətinin Suriyada çəkildiyi ehtimal edilir. Tacikistanda xüsusi təyinatlı polis dəstəsinin komandiri olan Xalimov bu ilin aprelindən yoxa çıxmışdı.

Polkovnik İŞİD-ə Tacikistan hökumətinin siyasətinə etiraz olaraq qoşulduğunu bildirib. Dediyinə görə, ölkəsində ona namaz qılmağa və İslami geyim geyinməyə icazə verilmirdi.

Tacikistan hökuməti videoyazını şərh etməkdən imtina edib.