Azərbaycanda böyük enerji obyekti istismara veriləcək

28 May 2015 23:17 (UTC+04:00)


Bunu Trend-ə "Azərenerji" ASC-dən deyiblər.

Cəmiyyətdən bildiriblər ki, qurğunun quraşdırılması üzrə işlər qrafikə uyğun aparılır: "Müəyyən yubanmalar ola bilər, lakin ilin ikinci yarısında qurğu istismara veriləcək".

Qeyd edək ki, "Şimal" elektrik stansiyasında ikinci qaz-buxar qurğusunun gücü 409 meqavat təşkil edəcək. Hazırda stansiyada gücü 400 meqavat olan bir qaz-buxar qurğusu var.