Azərbaycan çempionatı başa çatdı
28 May 2015 23:34 (UTC+04:00)
Trend-in məlumatına görə, sonuncu turda 4 qarşılaşma keçirilib.
"Sumqayıt" doğma meydanda "İnter"i qəbul edib. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Qəbələ" də "Bakı"ya 3 topla qalib gəlib – 3:0.
"Neftçi" - AZAL oyununda komandalar sülhə razılaşıblar – 1:1.
"Xəzər Lənkəran" – "Simurq" matçında isə azarkeşlər qol üzünə həsrət qalıblar – 0:0.
Beləliklə, cari futbol çempionatının qalibi "Qarabağ", 2-ci yerin sahibi isə "İnter" olub. Bürünc medal "Qəbələ"nindir.