Baş redaktor Bakı aeroportunda tutuldu

29 May 2015 12:43 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə "Turan"a onun müavini Elçin Həsənov bildirib. Onun sözlərinə görə, insident səhər saat 4-də baş verib. E.Məmməd E.Həsənova zəng vuraraq saxlandığını deyə bilib.

E.Məmməd 2014-cü ilin noyabrından bir qrup QHT-nin fəaliyyətinin araşdırılması işi üzrə Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılıb. Aprelin əvvəlində E.Məmmədə bildirilib ki, o, ittiham olunan şəxs kimi cəlb edilib. Bununla belə E.Məmməd aprelin 19-da ölkədən buraxılıb və Strasburqa gedib, indiyədək Avropada olub.