Bakıdakı 23 hektarlıq “yaşıl soyqırım”a görə - 15 min CƏRİMƏ

9 İyun 2015 15:05 (UTC+04:00)
Bu barədə AzNews.az-a nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. Onun sözlərinə, həmin ərazidə tikintiyə cəhd göstərən Vüsalə Babayeva ağacları məhv etdiyinə görə ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən 15 min manat məbləğində cərimə olunub.

Qeyd edək ki, V.Babayeva adlı sahibkar Zığ magistral yolu üzərindəki 900 hektarlıq yaşıllaşdırılmış ərazinin 23 hektarının ona məxsus olduğunu iddia edir. Xanım sahibkar həmin ərazini hasara alaraq, 400-ə yaxın ağacı kimyəvi maddə tökərək yandırıb.

Məsələ ilə bağlı hazırladığımız geniş reportajı BURADAN oxuya bilərsiniz.

Nigar