Akademik Milli Dram Teatrı mövsümə premyera ilə yekun vuracaq

30 İyun 2015 09:53 (UTC+04:00)

Teatrdan AzNews.az-a bildiriblər ki, xalq nağılları əsasında hazırlanmış səhnə əsəri iyulun 2-də nümayiş olunacaq. Tamaşanın bədii rəhbəri İsrafil İsrafilov, quruluşçu rejissoru xalq artisti Bəsti Cəfərova, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Güney Əliyeva və Ülvi Həsənovdur. Əsasən gənclərin iştirakı ilə hazırlanan tamaşada rolları Güney Əliyeva (Meşə pərisi), Aygün Baxışlı (Ana keçi), Nigar Məmmədova (Sərçə), Fidan Cəfərova (Qırmızıpapaq), Günel İmanova (Qoğal), Rəfiqə Məmmədova, Rəşad Bəxtiyarov (Baba, Tülkü), Adil Dəmirov (Məngül), Murad İsmayılov (Bəy), Ülvi Həsənov (Canavar) və Əlləz Əhmədov (Aşıq) ifa edirlər.

Bir hissəli nağıl tamaşanın xronometrajı 80 dəqiqədir.