31 yaşlı qadın dərmandan zəhərləndi

30 İyun 2015 10:14 (UTC+04:00)

AzNews.az ans press-ə istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Xəyalə Etibar qızı Məmmədova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Həkimlər ona zəhərlənmə diaqnozu qoyublar. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, Xəyalə Məmmədova bilmədən səhv dərman qəbul edib.

Qadın xəstə övladı üçün təyin olunan pereparat qəbul etdiyi üçün zəhərlənib. Qadın polisə verdiyi izahatında dərmanı bilmədən qəbul etdiyini bildirib.

Həkimlərin səyi nəticəsində qadının həyatı xilas olunub. Hazırda onun vəziyyəti nisbətən yaxşıdır.

Qeyd edək ki, Xəyalə Məmmədova 3 uşaq anasıdır.

Faktla bağlı araşdırma aparılır.