Bakıda marşrut piyadanın üstündən keçdi– Sürücü qaçıb gizləndi

30 İyun 2015 12:35 (UTC+04:00)

AzNews.az xəbər verir ki, qəza Badamdar qəsəbəsində qeydə alınıb. Belə ki, 39 nömrəli marşrutun sürücüsü piyadanı vurub. Hadisə nəticəsində piyadanın beyni dağılıb. Xəstə hazırda 1 saylı Şəhər Kliniki Xəstəxanasındadır. Xəstənin vəziyyətinin ağır olduğu deyilir.

Səbail Rayon Polis İdarəsindən faktı təsdiqləyiblər.

Məlumata görə, piyadanı vuran sürücü qaçıb gizlənib. Hazırda sürücünün tapılması istiqamətində işlər gedir.

Nigar