Türkiyə və Azərbaycan musiqiçilərindən ortaq layihə

30 İyun 2015 15:27 (UTC+04:00)

Report xəbər verir ki, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə deyib.

Onun sözlərinə görə, möhtəşəm musiqi layihəsində Azərbaycanın 6 bəstəkarı Türkiyənin seçilən 6 şairinin şeirlərinə, eyni zamanda türk bəstəkarları da Azərbaycanın 6 şairinin şeirlərinə musiqi bəstələyəcək: "Layihənin təqdimatı isə hər iki ölkədə keçiriləcək".

Layihədə iştirak edəcək şair və bəstəkarların adlarının hələ tam məlum olmadığını deyən Firəngiz Əlizadə, belə qarşılıqlı tədbirlərin və layihələrin keçirilməsinin iki ölkənin musiqi sənəti üçün vacib göstərici olduğunu vurğulayıb.