Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam

30 İyun 2015 18:25 (UTC+04:00)
Bununla bağlı imzaladığı sərəncamda deyilir:


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ədliyyə orqanlarının inkişafında xidmətlərinə görə Fikrət Fərrux oğlu Məmmədov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyun 2015-ci il.