Masallı-Yardımlı yolunda qəza - yaralı var
30 İyun 2015 19:34 (UTC+04:00)
Masallı Rayon Polis Şöbəsinin istintaq müstəntiqi Elvin Əzimovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə bu gün Masallı rayonun Qəriblər kəndi ərazisində qeydə alınıb.
Qəriblər kənd sakini, 1981-ci il təvəllüdlü Natiq Qılman oğlu Əkbərovun idarə etdiyi 44-BN-241 dövlət nömrə nişanlı "VAZ-2107" avtomobil idarəetməni itirərək dərəyə aşıb.
Hadisə yerinə dərhal təcili yardım maşını cəlb olunub. Masallı rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, xəstə daxili qanaxma, qapalı kəllə-beyin travması ilə xəstəxanaya daxil olub. Hazırda vəziyyəti ağırdır.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.