“Arvadlar əllərini kişilərin gözünə soxacaq” – “Fahişəsən” olayına reaksiya

1 İyul 2015 10:11 (UTC+04:00)

Bu olayın özü ölkə mediasında və ictimayyət arasında birmənalı qarşılanmayıb.

AzNews.az xəbər verir ki, tanınmış teleaparıcı Telli Pənahqızı da özünün Facebook səhifəsində efirdə səslənən bu fikirlərə münasibət bildirib.

O deyib ki, nə qədər ki, bu rəzalətin səbəbkarları cəzasız qalacaq, arvadlar əllərini kişilərin gözünə soxacaq:

"Space" kanalındakı biabırçılığı Facebook sosial şəbəkəsində 4 min adam bəyənib, 1500 nəfər də şərh yazıb. Bir milli qəhrəman və ya şəhid haqqında yazı yazırsan, onu 5-10 adam candərdi bəyənir. Bu rəzalətlərdən sonra "Mən azərbaycanlı olduğuma görə daha fəxr etmirəm!" - yazmaq istədim. İnanın mənə, bizim zövqümüzü, haqqımızı zorlayanlar nə qədər ki, cəzasız gəzəcək, biz bir-birimizə barmaq silkələyəcəyik".

Bahar RÜSTƏMLİ
AzNews.az