Ağcaqanadlar nə üçün lazımdır? - Elmi izah

1 İyul 2015 12:37 (UTC+04:00)

Bununla yanaşı, ağcaqanadlar təbiət müvazinətinin zəruri komponentidir. Verdikləri ziyana baxmayaraq, onların yer üzündən itməsi daha acınacaqlı olardı. Məsələ burasındadır ki, bu kiçik ağcaqanadlar böyük biosenozun tərkib hissəsidir. Burada isə hər fərdin öz yeri var. Fərdlərdən birini çıxartsaq, ardınca gələnlər ziyan görəcək, təbiətdə tarazlıq pozulacaq.

Məsələn, əksər şimal quşlarının yayda yuva qurduqları Arktikada ağcaqanad sürfələri quşların yemlənməsi üçün yeganə mənbə olur. Quşların və ya balıqların yeminə çevrilməyən ağcaqanadlar da faydasız deyillər. Həşəratlar özləri ilə tonlarla kimyəvi maddələr daşıyır. Bu maddələr arasında bitkilər üçün zəruri olan karbon, azot, fosfor, kalsium, dəmir, manqan, molibden, bor və s yer alır.

Ehtimal olunur ki, ağcaqanadlar ağac və otlar üçün vacib olan bir neçə mikroelementlərin yeqanə nəqliyyat vasitəsidir.

Aydan Axundova
AzNews.az