Mağaza sahibi özünü asdı - Borcu var imiş

1 İyul 2015 14:16 (UTC+04:00)

AzNews.az Virtualaz.org-a istinadən xəbər verir ki,1959-cu il təvəllüdlü Rəhman Məmmədov işlədiyi avtomobil ehtiyat hissələri satışı mağazasında özünü asıb. Şahidlər hadisənin bu gün saat 11:30-da baş verdiyini bildiriblər.

İlkin məlumata görə, həmin mağazanın sahibi olan mərhumun külli miqdarda borcu olub.

Ağdaş Rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər. Amma əlavə məlumat vermədilər: "İntiharın səbəblərini rayon prokurorluğu araşdırır".