Saakaşvili gürcü nazirin işdən çıxmasını tələb etdi

1 İyul 2015 17:47 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Qromadske" Televiziyası yayıb.

Odessada keçirən konfransda Saakaşvili deyib ki, ölkənin səhiyyə sistemində dəyişiklik etməyin vaxtı gəlib: "Bunun üçün hazırkı nazir istefaya getməlidir".

Qeyd edək ki, Aleksandr Kvitaşvili ötən ilin dekabrında Ukrayna vətəndaşlığını alıb və prezident Petro Poroşenko tərəfindən nazir təyin edilib. O, 2008-2010-cu illərdə Gürcüstanın səhiyyə naziri vəzifəsini daşıyıb.

Kvitaşvilinin istefaya gedəcəyi haqda fikir ilk dəfə Poroşenko Blokunun başçısı Yuri Lutsenko tərəfindən səsləndirilib: "Hazırda Səhiyyə Nazirliyindən faciəvi vəziyyət yaranıb".