Daha bir şirkət rəhbəri həbs edildi

1 İyul 2015 18:49 (UTC+04:00)


APA-nın məlumatına görə, "General Construction" şirkətlər qrupuna daxil olan Məhdud Məsuliyyətli Cəmiyyətlərdən (MMC) birinin direktoru Camal Həsənov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. Onun barəsində məhkəmədə həbs-qətimkan tədbiri seçilib.

C. Həsənovun hazırda Bakı İstintaq Təcridxanasında saxlanıldığı bildirilir.