Ağdaş rayonunda intihar olub

1 İyul 2015 19:09 (UTC+04:00)


APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağdaş şəhərindəki avtomobillərin ehtiyat hissələrinin satışı mağazasında qeydə alınıb.

Şəhərin M.Ə.Rəsulzadə küçəsi 5/7 saylı ünvandakı mənzildə yaşayan 1962-ci il təvəllüdlü Məmmədov Rəhman Murad oğlu mağazanın anbarında özünü kəndirlə asaraq intihar edib.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.