Azərbaycan hakimləri Çempionlar Liqasında - Fotolar

1 İyul 2015 20:19 (UTC+04:00)


AzNews.az-ın Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına istinadən verdiyi məlumatına görə, bu işdə köməkçisi Zeynal Zeynalov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə FIFA referisi Rəhim Həsənov yerinə yetirəcək.

Gənc olmasına baxmayaraq, kifayət qədər təcrübəli olan Ağayev hakimlik fəaliyyətinə 2009-2010-cu il mövsümündə Azərbaycan milli çempionatında debüt etməklə başlayıb. Həmin mövsüm daxil olmaqla ardıcıl 6 ildir hakimliklə məşğul olan FIFA referisi Çempionlar Liqası və Avropa liqası çərçivəsində cəmi 3 oyun idarə edib. Bundan başqa o, 2 dəfə 21 yaşlı gənclər arasında Avropa çempionatı, 1 dəfə isə yoldaşlıq oyunlarında söz sahibi olub.

Kariyeri boyunca 98 oyun idarə edən Əliyar Ağayev, futbolçuları 413 dəfə sarı, 19 dəfə isə qırmızı vərəqə ilə cəzalandırıb.