ABŞ Kuba ilə münasibətlərin bərpa olunduğunu bəyan etdi

1 İyul 2015 21:27 (UTC+04:00)


APA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, bu barədə Obama xüsusi müraciətlə çıxışı zamanı bildirib.

"ABŞ 52 il bundan əvvəl "soyuq müharibə"nin qızğın vaxtında Havanadakı səfirliyini bağladı. Bu gün mən elan edə bilərəm ki, ABŞ Kuba Respublikası ilə diplomatik münasibətləri formal bərpa etməyə və ölkələrimizdə səfirliklərin açılması ilə razılaşıb", deyə Obama bildirib.