Uşaq Teatrının kollektivi Türkiyəyə getdi

2 İyul 2015 12:22 (UTC+04:00)

Bu barədə AzNews.az-a teatrın direktoru İntiqam Soltan deyib.

O bildirib ki, bu səfərdə məqsəd Ramazan bayramı ilə əlaqədar Türkiyədə keçiriləcək festivalda iştirak etməkdir: "Səfər Türkiyənin Mərzifon Şəhər Bələdiyyəsinin dəvəti əsasındadır".

Səfərdə teatrın rəhbərliyi ilə birlikdə aktyorlardan Tofiq İsgəndərli, Rauf Hüseynov, Vüsalə Bəşirova, Şahin Kazımov, Rəfael Muradxanlı, Günay Pirizadə də iştirak edir.

Bahar RÜSTƏMLİ
AzNews.az