Bakı yenə küləkli olacaq - PROQNOZ

2 İyul 2015 12:39 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzNews.az-a verilən məlumata görə, iyulun 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyioşkəb buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Paytaxtda havanın temperaturu gecə 22-25, gündüz 29-34 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 3-də hava əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda havanın temperaturu gecə 14-19, gündüz 24-29 dərəcə isti olacaq.