Baş nazir əməliyyat olundu - Gizli

2 İyul 2015 13:46 (UTC+04:00)

AzNews.az Modern.az xəbər verir ki, Netanyahunun prostatında bəd xassəli bir şiş aşkarlanıb.

Baş nazir Təl-Əvivin şərqindəki Tibb Mərkəzində sirr kimi saxlanılan bir əməliyyat keçirib. Xəstəxanaya bir dəfə əməliyyat, bir dəfə də müayinə üçün gedən Netanyahu gizliliyə böyük əhəmiyyət verib.

Netanyahunun səhhətindəki problemi sonuncu dəfə mayın 21-də ictimaiyyətə açıqlanan sağlamlıq hesabatlarında da əks olunmayıb.