Polis Akademiyasının yeni yataqxanası istifadəyə verildi - FOTO

2 İyul 2015 14:40 (UTC+04:00)

Trend xəbər verir ki, açılış mərasimində daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, millət vəkilləri və valideynlər iştirak ediblər.

Qeyd edilib ki, yataqxananın yeni korpusu 2 il müddətinə inşa edilərək istifadəyə verilib. Ümumi sahəsi 9600 kv.m olan altı mərtəbəli yataqxana 400 yerlikdir. Yataqxanada 150 otaq var. Otaqlardan 132-si yataq otağı, digərləri isə xidməti otaqlar, oxu zalı və məişət otaqlarıdır.

Yataqxana otaqlarını gəzərək yaxından tanış olan daxili işlər naziri korpusda yaradılmış şəraitdən razılığını bildirib. O, qeyd edib ki, bu bir daha ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin Polis Akademiyasında təhsil alan müdavimlərə göstərdiyi diqqət və qayğısının göstəricisidir.

Açılış mərasimində iştirak edən müdavimlərin valideynləri də yaradılan şəraitdən məmnun qaldıqlarını və övladlarına yaradılmış yüksək səviyyəli şəraitə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.