Masallı-Yardımlı yolunda daha bir ağır qəza - 1 ölü, 2 yaralı

2 İyul 2015 15:30 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, 1957-ci il təvəllüdlü Bəxtiyar Mirişov idarə etdiyi BMW markalı 99 DE 726 dövlət nömrə nişanlı maşın eyni istiqamətdə hərəkət edən "VAZ 2107" markalı 44 BJ 408 dövlət nömrə nişanlı avtomobilə toqquşub.

BMW-nin sürücüsü B.Mirişov ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hadisə nəticəsində "VAZ 2107"-nin sürücüsü, 1993-cü il təvəllüdlü Tural Rəcəbli yüngül yaralanıb, maşındakı sərnişin 1994-cü il təvəllüdlü Teymur Qasımov sağ qolundan xəsarət alıb.

Qəza yerinə gələn yol polisi əməkdaşları yol-nəqliyyat hadisəsinə BMW markalı avtomaşının sürücüsünün səbəb olduğunu, onun ötmə qaydasını pozduğunu, sürət həddini aşdığını və nəticədə idarə etdiyi avtobobilin qəzaya uğradığını deyiblər.
Faktla bağlı araşdırma aparılır.