“Uşaqlıq etdim böyüdüm” – 50 yaşlı rəssamın doğum günü təəssüratı

2 İyul 2015 15:48 (UTC+04:00)

Rəssam 50 illik yubiley təəssüratını AzNews.az-la bölüşüb.

O, özünü elə 50 yaşdakı kimi hiss etdiyini deyib: "50 ilə dönüb baxanda peşiman olacaq işlərim yoxdur. Bir şairin yaxşı sözü var: "Uşaqlıq etdim böyüdüm". Mən də uşaqlıq edib rəsmlə məşğul oldum. Əgər təzədən uşaq olsaydım, yenə həmin uşaqlığımı edərdim".

N.Metin 50 ildə iş adamı olduğunu və yaxşı pul qazandığını bildirib: "Bununla yanaşı xeyli dostlar da qazandım. Və o pulları da, o dostları da qorudum, heç kəsə xəyanət etmədim. Ən əsası isə 50 ildə gözəl ailə qazandım. 3 övladım oldu. Hazırda 3 nəvəm də var".

Bahar RÜSTƏMLİ
AzNews.a
z