Heydər Əliyev Mərkəzinin mobil tətbiqi istifadəyə verildi

2 İyul 2015 16:35 (UTC+04:00)

AzNews.az buro247.az saytına istinadən xəbər verir ki, bu tətbiq vasitəsilə istifadəçilər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Heydər Əliyev Mərkəzi haqqında ətraflı məlumat əldə edə, Mərkəzlə bağlı ən son xəbərləri izləyə, tədbirlər və sərgilər haqqında informasiya ala bilərlər.

Mobil tətbiq eyni zamanda, Mərkəzdəki sərgi və konsertlərə "online bilet" almaq üçün imkanlar yaradır. Belə ki, bu tətbiqdə "E-bilet" bölməsində Mərkəzdə təşkil olunan sərgi və konsertlərə bilet almaq olar. Hər bir istifadəçinin aldığı bilet "Biletlərim" yarımbölməsində toplanır, eyni zamanda həmin şəxsin elektron ünvanına təsdiq məktubu gəlir. İstifadəçi (tamaşaçı) tədbirə gələrkən mobil tətbiq vasitəsi ilə alınan bileti mobil telefonundan (və ya elektron ünvanına gələn bileti çap edərək) nəzarətçiyə təqdim edə bilər.