Həmyerlimizə Rusiya Dövlət Dumasında - Vəzifə verildi

2 İyul 2015 18:15 (UTC+04:00)

AzNews.az xəbər verir ki, "Xalqlar Dostluğu" Fondunun təsisçisi və rəhbəri, "Günay" kommersiya firmasının rəhbəri Araz Mürsəliyev Rusiya Dövlət Dumasının deputatı, Dumanın Milli Məsələlər üzrə katibi, professor Hacımet Səfərəliyevin 22 iyun 2015-ci il tarixli qərarı ilə şuranın üzvü olub.

Xatırladaq ki, A. Mürsəliyev buna qədər iki ölkə arasında dostluq münasibətlərinin inkişafına verdiyi töhfələrə, eləcə də yaşadığı şəhərdə ictimai fəaliyyətinə, fəal vətəndaşlıq mövqeyinə görə medal və təşəkkürnamə ilə təltif edilib.