Azərbaycan güləşçilərindən növbəti qələbə

2 İyul 2015 20:58 (UTC+04:00)



"Qafqazinfo" xəbər verir ki, yığma komandanın böyük məşqçisi Bəhram Mürvətov və məşqçi İslam Cəfərovun rəhbərliyi ilə yarışda iştirak edən güləşçilərimiz turniri 1 qızıl, 3 gümüş və 2 bürünc medalla tamamlayıblar.

Yarışda 42 kiloqram çəki dərəcəsində mübarizə aparan Fail İsgəndərov bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalını qazanıb. Yalnız final görüşündə uduzan Rəcəbəli Nəsirov (50 kq), Elvin Mustafayev (54 kq) və Nəzərşah Fətullayev (76 kq) gümüş medallarla kifayətləniblər. Bürünc medalları isə yığmamıza Məhəmmədəli Həsənov (58 kq) və Yaşar Zamanov (85 kq) qazandırıblar.