İlham Əliyev 2 həmkarını təbrik etdi

25 İyul 2015 20:25 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

"Hörmətli xanım Prezident, Liberiya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".


İ.Əliyev həmçinin Maldiv Respublikasının prezidenti Abdulla Yamin Abdul Qəyyumu təbrik edib. Azərbaycan prezidentinin məktubunda deyilir: "Hörmətli cənab Prezident, Maldiv Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".