Gürcüstanın baş naziri Rövnəq Abdullayevlə görüşdü

27 İyul 2015 00:26 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Gürcüstan hökuməti administrasiyasının mətbuat xidmətindən bildirilib.

Məlumata görə, görüşdə cari investisiya məsələləri mövzusunda müzakirələr aparılıb.

İ. Qaribaşvili Gürcüstan hökumətinin ARDNŞ-in Gürcüstandakı investisiya fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib.

"Görüşdə Gürcüstan və Azərbaycan ölkələrarası əməkdaşlığın dərinləşməsi üçün hazır olduğunu bir daha təsdiqləyib", - deyə hökumət administrasiyadan bildirilib.

Görüşdə ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və Gürcüstanın Baş naziri yanında İqtisadi Şurasının Katibi, Biznes Ombudsman Giorgi Qaharia da iştirak ediblər.