75 yaşlı qadın su kanalında batdı

27 İyul 2015 15:33 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 26-da Qazax rayonunun Qarapapaq kəndində kənd sakini, 75 yaşlı Tamella Babayeva ehtiyatsızlıqdan su kanalına yıxılıb. T.Babayevanın meyiti Ağstafa rayonunun Dağ Kəsəmən kəndində sudan çıxarılıb.

Araşdırma aparılır.