İlham Əliyev həmkarını təbrik etdi

27 İyul 2015 22:32 (UTC+04:00)

AzNews.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Peru Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına sülh və rifah diləyirəm".