Daha bir nəfər dənizdə batdı

27 İyul 2015 22:39 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb.

Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə Sabunçu rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 5 km aralı, nəzarətsiz ərazidə) 1999-ci il təvəllüdlü Əmrah Qədir oğlu Abbasovun suda batması haqqında məlumat daxil olub. Ə.Abbasovun cəsədi batdığı yerdən 10 metr aralıda, "Nardaran-1" sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 18:40-da başa çatıb.