Tofiq Yaqublunun səhhəti pisləşdi

28 İyul 2015 11:32 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə T.Yaqublunun qızı Nigar Yaqublu özünün facebook səhifəsində məlumat verib. O, bildirib ki, atası ilə elə indi telefon əlaqəsi saxlayıb: "Bu gün ata ilə danışdım. Bir həftədir ki, səhhətində yenə ciddi problemlər yaranıb. Qanaxma oldugu ücün həkim nəzarətində qalıb. Mütəmadi sistemlər köcürülüb. İndi durumu sabitdir".

N.Yaqublu qeyd edir ki, T.Yaqublunun səhhətndə yaranan bu vəziyyət son 10 gündür ki, davam edir: "Ancaq yenidən durumunun pisləşəcəyindən cox narahatam".

Xatırladaq ki, T.Yaqublu İsmayıllı hadisələrində ittiham olunub və o, buna görə 5 il azadlıqdan məhrum olunub.

Bahar RÜSTƏMLİ
AzNews.az