Zakir Həsənov Fransanın Azərbaycandakı səfiri ilə görüşdü

28 İyul 2015 16:06 (UTC+04:00)

AzNews.az nazirliyin saytına istinadən xəbər verir ki, regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər hərbi sahədə uğurla inkişaf edən əlaqələri müzakirə edib və bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsinin vacibliyini xüsusi vurğulayıblar.
Görüşdə iştirak edən Fransa Respublikası Silahlı Qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşesi polkovnik-leytenant Andre Evrar fəaliyyət müddətinin başa çatması ilə əlaqədar ölkəmizdəki xidməti dövründən və əməkdaşlıqdan məmnunluq ifadə edərək gələcəkdə də Azərbaycanın daim səmimi dostu olaraq qalacağını bildirib.