İlham Əliyev həmkarına başsağlığı verdi

28 İyul 2015 16:59 (UTC+04:00)


AzNews.az xəbər verir ki, başsağlığında deyilir:

"Hindistan Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət və elm xadimi Abdul Kalamın vəfatı xəbəri məni çox kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, bütün xalqınıza və mərhumun yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".