46 yaşlı kişi özünü bıçaqlayaraq intihar etdi - Bakıda

29 İyul 2015 10:34 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Coşqun Qəşəm oğlu Məmmədov mebel sexində özünü ürək nahiyəsindən bıçaqlayaraq öldürüb.

Hazırda faktla bağlı araşdırma aparılır.