Yeni əməliyyat sistemi bugündən satışa çıxır - Windows 10

29 İyul 2015 11:37 (UTC+04:00)

AzNews.az RİANovosti-yə istinadən xəbər verir ki, Windows 7 və Windows 8.1 istifadəçiləri 1 il ərzində yeni əməliyyat sistemini pulsuz əldə edə biləcəklər.

Windows 10 qurğunu səsli komandalar, jestlər və ya əlyazma qeydlərlə idarə etməyə imkan verəcək. Bundan əlavə, yeni əməliyyat sisteminin tərtibatçıları brauzerlə bağlı problemi də həll ediblər. Belə ki, brauzer yenisilə - Microsoft Edge ilə əvəzlənib. Bu brauzerlə istifadəçilər səhifələrdə qeydlər edə biləcəklər.

Aydan Axundova