Bakıda bıçaqlanan iki qardaşdan biri öldü

29 İyul 2015 12:16 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Cavanşir İlyas oğlu Cəfərzadə aralarında yaranan münaqişə zəminində 1983-cü il təvəllüdlü Sabit Şəfa oğlu Əsgərlini və onun qardaşı Orxanı bıçaqlayıb.

S. Əsgərli xəstəxanada ölüb. Hadisəni törədən C. Cəfərzadə tutulub.