300 tələbəyə pul veriləcək - 100 manat

29 İyul 2015 12:33 (UTC+04:00)

Bu haqda AzNews.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, 100 manat müəllimlik ixtisasını seçən 300 nəfərə veriləcək.

"500 bal toplayaraq ixtisas seçimində birinci və ikinci yerdə müəllimliyi seçənlərə əsas üstünlük veriləcək".

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən bu addım keçən il atılıb və ilk 300 nəfərə ayda 100 manat təqaüd verilib.