Gürcüstanda azərbaycanlıların avtobusu qəzaya uğradı: 3 ölü, 7 yaralı

29 İyul 2015 12:35 (UTC+04:00)

AzNews.az modern.az-a istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər həlak olub, 7 nəfər isə xəsarət alıb. Həlak olan və xəsarət alan şəxslərin milliyəti hələ ki açıqlanmayıb.

Gürcüstan Daxili İşlər Nazirliyi qəzaya səbəb olan sürücüyə qarşı cinayət işinin açıldığını bəyan edib.