“Müsavat“dan Tural Abbaslının yeni partiya yaratmasına - Münasibət

29 İyul 2015 15:25 (UTC+04:00)

Müsavat Partiyasının Divan üzvü, başqan müavini Osman Kazımov sözügedən blokla bağlı AzNews.az-a açıqlama verib. Bildirib ki, Tural Abbaslının yaratdığı "Ağ blok" Müsavat partiyasına qarşı deyil:

"Əgər blok partiyaya çevrilərsə, Tural bəy "Müsavat"la bağlı özü qərar qəbul edəcək. Seçim onun olacaq".

Xatırladaq ki, T.Abbaslı APA-ya açıqlamasında yaratdığı "Ağ blok"un parlament seçkilərindən sonrakı fəaliyyətindən danışıb.

Bahar RÜSTƏMLİ