BBC “Qarabağ”dan yazdı - “Təhlükə yarada biləcək komandadır”

29 İyul 2015 16:05 (UTC+04:00)

AzNews.az qafqazinfo-ya istinadən xəbər verir ki, məqalədə qeyd olunub ki, Seltik "Qarabağ" haqda tam məlumatlı olmaya bilər: "Ola bilər ki, Seltikin "Qarabağ" haqda məlumatı azdır. Bəlkə də onlar rəqibi yaxşı öyrənməyib. "Qarabağ" populyar komanda olmasa da, təhlükəlidir".

BBC, Ağdam klubunun ötən il qrupda bütün rəqibləri - "Dnepr", "Sent-Etyen" və "İnter"lə oyunda xal qazanmasına diqqət çəkib. Eyni zamanda Qarabağın Zalsburqa Bakıda qalib gəldiyi, yalnız iki oyunun nəticəsinə əsasən,uduzaraq mübarizəni dayandırdığını xatırladıb: "Qarabağ Seltikə real təhlükə yarada biləcək komandadır".

Müəllif bukmeykerlərin Qarabağı autsayder kimi görməsini anlamadığını yazıb: "Bu məntiqi başa düşmək çətindir".