Dəhşətli cinayət törədən “qanuni oğru” tutuldu - VİDEO

31 İyul 2015 09:48 (UTC+04:00)

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, 50 yaşlı "qanuni oğru" bu müddət ərzində bağ evində gizlənib.

Əldə olunan məlumatlara görə, Şalva "qanuni oğru" İqor Qlaznev ( Vova Piterski) ilə birgə törətdiyi cinayətə görə axtarışda olub. Vova 2012-ci ildə törətdiyi cinayət əməlinə görə 12 il müddətinə azadlıqdan məhrum olunub. Xatırladaq ki, istintaqın verdiyi məlumata görə, Qlaznev və Çxenkeli Moskvanın cənub-şərqində santexnika dükanının sahibinin baş dərisini soyublar. "Qanuni oğru"lar dükan sahibindən mülkiyyət hüququnu onlara verməyi tələb ediblər. Nəticədə sahibkar aldığı zədələrdən və ağrının şokundan ölüb.

Çxenkelinin sözlərinə görə, o bu vaxt ərzində Ukraynada olub. Rusiyaya bir müddət öncə qayıdıb. Onun axtarışda olduğu ölkəyə qayıtmasına səbəb isə DİN-də bəzi məmurlardan cinayət işinin bağlanması barədə məlumat alması olub.



Aydan Axundova