Əlavə qəbul keçirilir

31 İyul 2015 19:19 (UTC+04:00)

AzNews.az-ın TQDK-ya istinadən xəbərinə görə, Dövlət Sərhəd Xidməti Akademiyasının "Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi", "Mexanika mühəndisliyi", "Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi", "Dövlət və bələdiyyə idarə etməsi" ixtisasları üzrə 2015-ci il iyulun 31-dən avqustun 5-dək əlavə qəbul həyata keçirilir.

Müsabiqədə I və II ixtisas qrupları üzrə qəbul imtahanında 200-dən yuxarı bal toplamış abituriyentlər iştirak edə bilərlər.

Qeydiyyat Azərbaycan Sərhəd Xidməti Akademiyasında aparılır (ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küç., 30).