Ebolaya qarşı yüz faiz təsir göstərən vaksin hazırlandı

31 İyul 2015 21:34 (UTC+04:00)

Dünya Səhiyyə Təşkilatı bu günlərdə Ebola virusuna qarşı yüz faiz təsir göstərən vaksin hazırlandığını açıqlayıb.

AzNews.az Azərtac-a istinadla xəbər verir ki, vaksindən, ilk növbədə, virusun ən çox yayıldığı Qərbi Afrikada istifadə ediləcək.

Burada 2013-cü ilin dekabrından bəri 11,200 insan Ebolanın qurbanı olub.