"Kömək edin, qardaşımı sulardan alaq" - Tacir

1 Avqust 2015 09:50 (UTC+04:00)

Bu barədə AzNews.az-a müğənninin özü məlumat verib.

Onun sözlərinə görə, axtarışlar dünən axşam saatlarına kimi davam edib. Lakin qaranlıq düşdüyündən xilasedicilər əməliyyatı dayandırıb: "Hazırda hadisə yerindəyik, xilasediciləri gözləyirik. Allahdan tək istəyim qardaşımın meyitinin tapılmasıdır".

T.Şahmalıoğlu bu işdə təcrübəsi olan hər kəsdən kömək istəyib: "Bizə kömək edin, qardaşımın meyitini sulardan alaq".

Qeyd edək ki, müğənninin 36 yaşlı qardaşı Mahir Allahverdiyev iyulun 31-də Novxanı çimərliyində batıb. Xilasedicilərin axtarışlarına baxmayaraq onu tapmaq hələlik mümkün olmayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az