Sumqayıt-Bakı yolu bağlandı - Faciəyə görə aksiya (FOTOLAR)

1 Avqust 2015 10:10 (UTC+04:00)
AzNews.az-ın əldə etdiyi məlumata görə, yolu bağlayanlar iki gün öncə Ceyranbatan su anbarında boğularaq itgin düşən 21 yaşlı gəncin yaxınları olub. Onlar hadisədən iki gün keçməsinə baxmayaraq aidiyyatı qurumların boğulan gəncin ölüsünü ya dirisini tapmamasına etirazlarını bildiriblər. Sumqayıt-Bakı yolu təxminən yarım saat bağlı qalıb.

Məlumat üçün bildirək ki, iki gün öncə Ceyranbatan su anbarında 21 yaşlı gənc boğularaq itgin düşüb və hələ də tapılmayıb.







Vüsal
AzNews.az