Bakıda 30 sərxoş sürücü saxlanıldı - Reyd

1 Avqust 2015 13:38 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, reydlər zamanı paytaxt küçələrində avtomobili sərxoş vəziyyətdə idarə edən 30-dan artıq sürücü müəyyənləşib.

Saxlanılan avtomobillər cərimə meydançasına aparılıb. Sürücülər isə inzibati məsuliyyətə cəlb edilib. Reydlər zamanı sərxoş sürücülərlə yanaşı, avtomobili qadağan olunmuş pərdə və plyonkalarla idarə edən, nəqliyyat vasitələrinin konstruksiyalarında dəyişiklik edən, avtoxuliqanlıq hərəkətlərinə yol verən sürücülər də cərimələnib.

Reyd zamanı avtomobilin ön hissəsinin yuxarı qalxması üçün maşının yük yerini daş parçaları və qumla dolduran sürücü saxlanlıb. "VAZ 2107" markalı avtomobilin sürücüsü barəsində protokol tərtib edilib.